04 Avqust 2020, Çərşənbə axşamı

Yeni növ koronavirus (COVID-19) pandemiyası nəticəsində "Boeing" korporasiyası ensiz və geniş füzelyajlı təyyarələrin istehsalını azaldacaq.

Bu barədə "Boeing"in Rusiya və MDB ölkələri üzrə prezidenti Sergey Kravçenko bildirib.

 "Yaxın illərdə biz həm ensiz, həm də geniş füzelyajlı təyyarələrin istehsalını demək olar ki, iki dəfəyə yaxın azaldacağıq", - deyə S. Kravçenko qeyd edib.

Onun sözlərinə görə, pandemiyadan yaranan qısamüddətli şok təyyarələrin qiymətinə təsir göstərməyəcək.