04 Avqust 2020, Çərşənbə axşamı

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.