04 Avqust 2020, Çərşənbə axşamı

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.

Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan kütləvi informasiya vasitələrində guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi ilə bağlı yayılan məlumatla bağlı  sorğunu cavablandırarkən deyib.

V.Dərgahlı bildirib ki, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.