04 Avqust 2020, Çərşənbə axşamı

Azərbaycanda 531 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə vəfat edib. 

 İndiyədək ölkədə ümumilikdə 23 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib, 8 616 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 045, ötən müddət ərzində isə ümumilikdə 560 356 test aparılıb.