22 Yanvar 2021, Cümə
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər…

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı…

Naxçıvanda Vətən müharibəsi şəhidləri  böyük ehtiramla qarşılanıb

Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi…

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında…

Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici…

Vətən uğrunda canlarından keçənlər əbədi yaşayacaqlar

Naxçıvanda şəhidlər ehtiramla qarşılanıb Sentyabrın 27-də…

Şərur rayonunun Qarabürc kəndi müasir  yaşayış məntəqəsinə çevrilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı,…

Naxçıvanda şəhidlərin xatirəsinə  ağaclar əkilib

Ümummilli lider Heydər Əliyev demişdir: "Torpaqlarımızın azad olunması, respublikamızın ərazi…

"Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib

Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni…

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün  müasir iş şəraiti yaradılıb

  Ölkə Prezidenti cənab İlham Əliyev…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



Mətbuat hər bir xalqın mədəni intibahında, milli təfəkkür tərzinin və siyasi şüur səviyyəsinin formalaşmasında mühüm rol oynayan əsas ideoloji vasitədir. Bu mənada, ilk milli mətbuatımız “Əkinçi”nin ideya və məfkurəsi özündən çox-çox əvvəl doğulmuşdu. Böyük maarifpərvər ziyalı, “Əkinçi”nin naşiri Həsən bəy Zərdabi qəzet nəşri ideyası barədə sonralar yazırdı: “Hər kəsi çağırıram, gəlməyir, göstərirəm, görməyir, deyirəm, qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus, doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər”.

“Əkinçi”nin şüurlarda səpdiyi bu maarifçilik toxumundan cücərən, XX əsrin ilk anadilli qəzeti “Şərqi-Rus” isə böyük pedaqoq-publisist Məhəmməd Tağı Sidqinin təbirincə desək, qısa müddətdə millətin gənclərinin qaranlıq ürəklərində nur saçaraq bilik və mərifət çırağı kimi onları cəhalət çölündən səadət-xoşbəxtlik sarayına aparmışdır. “Şərqi-Rus”un çağırışlarından isə bütün Şərqdə ilk satirik, demokratik mətbuat orqanı olan “Molla Nəsrəddin” ərsəyə gəlmişdir. Bütövlükdə, jurnalın məramına çevrilən “Vətən, Vətən, Vətən; dil, dil, dil; millət, millət, millət!” şüarı əsrlər sonra belə, bugünkü jurnalistikamız üçün də başlıca sənət prinsipləri, əsas qayədir. Azərbaycan adını ilk dəfə mətbu şəkildə əbədiləşdirən, Şərqdə ilk müstəqil respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət və akademik qəzeti “Azərbaycan” isə XX əsrin əvvəllərindəki müstəqil dövlət quruculuğu prosesinin mətbu inikası kimi tarixə düşmüşdür. Totalitar sovet rejimi dövründə belə, millilik, vətənpərvərlik ideyalarının tərənnümünə çalışan milli mətbuatımız müstəqillik illərində özünün demokratik inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamda müasir mətbuatın inkişaf yoluna belə siyasi qiymət vermişdir: “Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğu­nun başlıca istiqamətlərini təşkil edir”.

Qədim və zəngin maarifçilik ənənələrinə malik Naxçıvanda mətbuatın yaranması da milli mədəniyyət və ictimai fikir tariximizdə mühüm mərhələ təşkil edir. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulmuş, hələ XIX əsrin 90-cı illərindən pərvəriş tapan qəzet nəşr etdirmək ideyası, nəhayət ki, gerçəyə çevrilmişdir. Vərəqə şəklində çap olunan “Cavanlar həyatı” qəzeti iki aya yaxın müddət ərzində fəaliyyət göstərmiş, 1921-ci ilin dekabr ayından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunmuşdur. Bu mətbu orqanlar 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan “Şərq qapısı” qəzetinin sələfləri kimi öz elmi təsdiqini tapmışdır. “Şərq qapısı” 1930-cu ilədək ərəb, 1930-40-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən latın qrafikalı əlifba ilə nəşr edilir. Qəzet 1979-1989-cu illərdə “Sovet Naxçıvanı” adı ilə çıxarılmışdır ki, bu da “Şərq qapısı” adına Şərq ölkələrinə, türk-müsəlman dünyasına meyillilik kimi siyasi don geyindiriləcəyindən ehtiyat edilməsi ilə əlaqədardır.
1937-38-ci illərin məşum repressiya təlatümündən keçən “Şərq qapısı” İkinci Dünya müharibəsi illərində alman faşizminə qarşı alovlu ideoloji mübarizə silahına çevrilmiş, vətənpərvərlik ruhunda yazıları, ön və arxa cəbhə arasında mənəvi körpü yaratması ilə fəaliyyətini doğrultmuşdur. Müharibədən sonrakı dövrlərdə “Şərq qapısı” qəzeti tarixi yolunu davam etdirərək ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasına ciddi diqqət yetirmişdir.
XX əsrin 70-ci illərində – ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə gəlişindən sonra milli ideologiyanın inkişafı, mətbuata göstərilən qayğı “Şərq qapısı”nın da fəaliyyətinə əhəmiyyətli təsir göstərmişdir. Ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Qəzetin 50 illik yubileyində “Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadiminin mətbuata böyük qayğısının təzahürü idi. Həmin dövrdə qəzet Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən yazılarla çıxış etmiş, cəmiyyətdəki nöqsanlara qarşı cəsarətlə mübarizə aparmışdır.
XX əsrin 90-cı illərinin əvvəllərində “Şərq qapısı” qəzeti müstəqilliyimizin əldə olunmasına və dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir. Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüş, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirmişdir. Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk orijinal müsahibəsi də qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Ümumiyyətlə, qəzetin Azərbaycanın müstəqilliyi dövründə nəşri mərhələsi dahi şəxsiyyətə olan böyük xalq sevgisini, onun tarixi qayıdış zərurətini bir daha təsdiqləyir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə muxtar respublikanın xilas olunması istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar, beynəlxalq səviyyəli danışıqlar burada dolğun əks etdirilmişdir. Bu dövrdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir. Dahi şəxsiyyətin bu mətbu orqan haqqında söylədiyi fikirlər bütünlükdə milli mətbuata, jurnalistikaya verilən yüksək dəyərdir: “Şərq qapısı” qəzeti öz səhifələrində muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, əhalisinin qayğı, istək və arzularını dolğun əks etdirməklə oxucularının rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur. Əminəm ki, “Şərq qapısı” qəzeti Azərbaycanın azad və demokratik mətbuat sistemində layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda bütün qüvvələrini səfərbər etmək, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaq üçün var gücünü sərf edəcəkdir”.
“Şərq qapısı” qəzeti müxtəlif dövrlərdə mövcud olan siyasi-ideoloji maneələrə baxmayaraq, fasiləsiz nəşr olunmuş, muxtar respublikanın mətbu salnaməsinə çevrilmişdir. Bir neçə nəsil üçün siyasi-ədəbi, mənəvi məktəb rolu oynayan qəzet Naxçıvanda jurnalist kadrların yetişməsində mühüm rol oynamış, ictimai fikrin inkişafına xidmət etmişdir. Belə ki, bu yaradıcılıq məktəbinin yetirmələri olan ziyalılarımız sonralar Azərbaycan miqyasında, hətta daha geniş dairədə tanınıb məşhurlaşmış, elmi-ədəbi nüfuz qazanmışlar. Təsadüfi deyil ki, “Şərq qapısı”nın nəşri tarixi, onun Naxçıvanda ədəbi mühitin formalaşmasındakı rolu elmi- tədqiqat obyektinə çevrilmiş, 2010-cu ildə qəzetin fəaliyyəti ilə bağlı yeni qiymətli elmi faktlarla zəngin “Şərq qapısı” qəzeti və Naxçıvanda ədəbi mühit” monoqrafiyası işıq üzü görmüşdür. Filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin digər bir kitabı – “Naxçıvanda mətbuat tarixi” isə Almaniyanın Lambert Akademik Nəşriyyat Evində ingilis dilində nəşr olunmuşdur.
Bu mətbu orqan son illərdə Naxçıvanın dünyada təbliği və tanıdılması, diyarımızla bağlı düzgün ictimai rəyin formalaşması istiqamətində də əhəmiyyətli işlər görmüşdür. Dünyanın tanınmış ictimai xadimlərinin, jurnalistlərin dünyanın nüfuzlu mətbuat orqanlarında qədim diyarımıza səfərlərindən sonra çap etdirdikləri yazıların, qəzet əməkdaşlarının onlarla müsahibələrinin bir qismi toplanaraq 2016-cı ildə “Naxçıvan dünya mətbuatında” kitabı şəklində çap olunmuşdur.
Son 30 ilə yaxın bir dövr ərzində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1993-cü ildən yenidən siyasi rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyevin milli jurnalistikanın inkişafına göstərdiyi qayğı, bu siyasi kursun layiqli davamçısı Prezident cənab İlham Əliyevin kütləvi informasiya vasitələrinin inkişafına misilsiz dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə mətbuatın tərəqqisinə yönəldilmiş irimiqyaslı tədbirlər “Şərq qapısı” qəzetinin də inkişafına mühüm təkan vermişdir. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra qəzetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poli­qrafiya mədəniyyəti də formalaşmışdır. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınmış, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilmişdir.
Bu gün “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək, dünya qəzetçilik arenasına çıxa biləcək bir qəzetin nəşri üçün müasir iş şəraiti yaradılmışdır. 2012-ci ildə www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlamış, ötən il qəzetin internet saytı tamamilə yenilənmişdir. Qlobal informasiya məkanına bu çıxış imkanı bu gün Naxçıvanla bağlı dəqiq informasiyanın dünyaya çatdırılmasında mühüm rol oynayır. Qəzet daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, 75, 80, 85, 90 illik yubileyləri qeyd edilmişdir. 2011-ci ildə “Şərq qapısı”nın 90 illik yubileyində qəzet Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmiş, bir əməkdaş mənzillə təmin olunmuşdur. 2011-ci ildə “Şərq qapısı” qəzetinin 90 illiyi münasibətilə kollektivlə görüşündə Ali Məclisin Sədri demişdir: “Şərq qapısı” oxucuların, cəmiyyətin maraqlarına xidmət göstərən materialların verilməsini davam etdirməli, əhalinin maarifləndirilməsi və məlumatlandırılması işində fəallıq göstərməlidir. Qəzet çalışıb ona nail olmalıdır ki, hər bir vətəndaşımızda, gənclərimizdə vətənpərvərlik, yurd sevgisi hissləri və milli duyğular güclənsin, milli dəyərlər, adət-ənənələr qorunsun, xalq yaradıcılığının, milli mədəniyyətin təbliğinə diqqət artırılsın. Muxtar respublikanın bütün yaşayış məntəqələrinin, eyni zamanda ucqar dağ və sərhəd kəndlərinin həyatı da qəzet səhifələrində obyektiv əksini tapmalı, zəngin mədəniyyətimiz və qədim tariximizlə bağlı materiallar hazırlanmalıdır”.
“Şərq qapısı” qəzeti bu ideyanı rəhbər tutaraq, zəngin tarixi ənənələri inkişaf etdirərək qoca Şərqin qapısında dahi öndər Heydər Əliyev ideyalarına sədaqət üzərində qurulmuş siyasətin bu qədim diyarın müasir inkişaf dinamikasını təbliğ etməkdədir.
“Şərq qapısı” qəzetinin nəşri tarixinə və bu gününə, ümumilikdə, Naxçıvanda jurnalistikanın inkişafının əsas tərkib hissəsi kimi nəzər salınmalıdır. Bu gün muxtar respublikada məqsədyönlü media siyasətinin, kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət qayğısının nəticəsidir ki, bir əsrə yaxın tarixə malik bir qəzetlə yanaşı, Naxçıvanda Universitet Televiziyası və “Nuhçıxan” radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio, şəhər və rayon qəzetləri, ali təhsil və elm müəssisələrinin qəzet və jurnalları, “Nuhçıxan” İnformasiya Agentliyi, “Naxçıvan xəbərləri” saytı, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası, 400-ə yaxın jurnalist fəaliyyət göstərir. Ali Məclis Sədrinin xüsusi qayğı və təşəbbüsü ilə muxtar respublikada 2001-ci ildən etibarən jurnalistika ixtisası üzrə kadr hazırlığı aparılır.
Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması isə bu sahəyə dövlət qayğısının növbəti ifadəsi, informasiya idarəçiliyinin düzgün tənzimlənməsi istiqamətində mühüm addım olmaqla, Naxçıvanda medianın inkişafında yeni mərhələnin əsasını qoydu. Ali Məclis Sədrinin Sərəncamı ilə Televiziya və Radio Verilişləri Redaksiyası fondun tabeliyinə verildikdən sonra kadr islahatı, struktur dəyişikliyi aparılması muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı, peşəkarlığın yüksəldilməsi istiqamətində öz bəhrəsini verməkdədir. Fondun Azərbaycan milli mətbuatının 145 illiyi münasibətilə keçirdiyi, bu günlərdə yekunlaşacaq yaradıcılıq müsabiqəsi də müxtəlif aktual mövzu və ideyaların ərsəyə gəlməsinə, jurnalistika sahəsində yaradıcı gənc istedadların üzə çıxarılmasına, güclü potensialın formalaşmasına töhfə verəcək. Heç şübhəsiz ki, qurum gələcəkdə də muxtar respublikada fikir, söz və məlumat azadlığını, plüralizmi inkişaf etdirmək kimi ali məqsədlərə xidmət edəcək. Naxçıvan Mətbuat Şurasının ötən ildən etibarən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması isə Naxçıvan mediasının beynəlxalq müstəviyə çıxarılma səviyyəsini təsdiqləyir, eyni zamanda bu səhədə əlaqələrin genişlənməsinə də zəmin yaradır.
Ölkəmiz bütünlükdə ziyalılıq bayramı, millilik, dünyəvilik, tərəqqipərvərlik rəmzi olan milli mətbuatımızın 145 illiyini təntənə ilə qeyd edir. Dövlət başçısının milli mətbuatın 145 illik yubileyi ilə bağlı imzaladığı tarixi sərəncam kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna siyasi qiymət verməklə yanaşı, jurnalistlər qarşısında mühüm vəzifələr də qoyur: “...Kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.
Bir əsrə yaxın şərəfli inkişaf yolu keçən, sağlam məfkurəli ideyası ilə doğma Naxçıvanımızın real salnaməsinə çevrilən muxtar respublika mətbuatı da bu vəzifələri, Ali Məclis Sədrinin mətbuat işçiləri ilə keçirdiyi görüşlər zamanı verdiyi dəyərli tövsiyə və tapşırıqları fəaliyyət prinsipləri kimi rəhbər tutaraq muxtar respublikamızın tarixinin salnamələşdirilməsi üçün bundan sonra da var-qüvvəsini əsirgəməyəcək. Bir sözlə, Şərqin qapısı Naxçıvanda fəaliyyət göstərən qocaman, həm də zamanın nəbzini tutmağı bacaran mətbuatımız əsrlərarası körpü, keçmişdən gələcəyə açılan möhtəşəm bir mənəviyyat qapısı olacaq.

 Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

Əməkdar jurnalist gənc oxucularla görüşü…

22-01-2021-20-58 İCTİMAİ-SİYASİ

Əməkdar jurnalist gənc oxucularla görüşüb

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmm...

Naxçıvan dəhlizi: uğurlar və perspektivl…

22-01-2021-20-55 İQTİSADİYYAT

Naxçıvan dəhlizi: uğurlar və perspektivlər

Naxçıvan Muxtar Respublikasının Azərbaycanın coğrafi əmək ...

Tamaşaların onlayn nümayişinə start veri…

22-01-2021-19-51 -Mədəniyyət

Tamaşaların onlayn nümayişinə start verilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram T...

Görkəmli rəssam Bəhruz Kəngərlinin xatir…

22-01-2021-19-50 -Mədəniyyət

Görkəmli rəssam Bəhruz Kəngərlinin xatirəsi anılıb

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri ...

“Sabahın tədqiqatçıları” layihəsi öz mi…

22-01-2021-19-48 -Elm və təhsil

“Sabahın tədqiqatçıları”  layihəsi öz missiyasını uğurla yerinə yetirir

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Na...

Ötən ilin yekunları müzakirə olunub, qar…

22-01-2021-19-47 İCTİMAİ-SİYASİ

Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran  vəzifələr müəyyənləşdirilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində...

Naxçıvanın cinayətsiz region statusu qor…

22-01-2021-19-03 İCTİMAİ-SİYASİ

Naxçıvanın cinayətsiz region statusu qorunacaq, əldə olunmuş nəticələr daha da artırılacaq

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisini...

Naxçıvanlı yeniyetmələr yeni yaranan idm…

22-01-2021-18-43 İDMAN

Naxçıvanlı yeniyetmələr yeni yaranan idman növü  üzrə yarışda mükafatlandırılıblar - FOTOLAR

{gallery}2021/01/22/idman{/gallery}   İstənilən peşəkar i...

Mətbuat işçiləri ötən ilin nəticələrini …

22-01-2021-18-35 İCTİMAİ-SİYASİ

Mətbuat işçiləri ötən ilin nəticələrini müzakirə ediblər - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq q...

500 manatlıq pul nişanı tədavülə buraxıl…

22-01-2021-17-08 İCTİMAİ-SİYASİ

500 manatlıq pul nişanı tədavülə buraxılmayıb - Mərkəzi Bank

Son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa ...

Erməni təxribatı nəticəsində Tərtərdə 51…

22-01-2021-16-34 İCTİMAİ-SİYASİ

Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaş...

Britaniya azad edilmiş ərazilərin minala…

22-01-2021-16-32 İCTİMAİ-SİYASİ

Britaniya azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər - Səfir

Yanvarın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri g...

Azərbaycan Prezidenti status məsələsini …

22-01-2021-16-30 İCTİMAİ-SİYASİ

Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinin qətnaməsinə cavab

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin...

Azərbaycan ilə Böyük Britaniya arasında …

22-01-2021-16-27 İCTİMAİ-SİYASİ

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Yanvarın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri g...

Elmə xidmətin miqyası və missiyası

22-01-2021-14-16 İCTİMAİ-SİYASİ

Elmə xidmətin miqyası və missiyası

Son yüzillik ərzində Azərbaycan tarix elminin verdiyi ən b...

Azərbaycan əhalisinin sayı 10 milyon 123…

22-01-2021-11-35 İCTİMAİ-SİYASİ

Azərbaycan əhalisinin sayı 10 milyon 123 min 400 nəfərə çatıb

Ötən ilin əvvəlindən ölkə əhalisinin sayı 56 min 292 nəfər...

Şuşada yeni yarimstansiya tikilir

22-01-2021-11-13 İCTİMAİ-SİYASİ

Şuşada yeni yarimstansiya tikilir

      Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sistemin...

Görkəmli alimə həsr olunan onlayn açıq d…

21-01-2021-21-45 -Elm və təhsil

Görkəmli alimə həsr olunan onlayn açıq dərs

AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil ...

Növbəti interaktiv dərs

21-01-2021-21-44 -Elm və təhsil

Növbəti interaktiv dərs

Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan şahmatçılarının oyunl...

Yeni monoqrafiyaların təqdimatı olub

21-01-2021-21-39 -Elm və təhsil

Yeni monoqrafiyaların təqdimatı olub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Mühasi...

Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR