04 Avqust 2020, Çərşənbə axşamı

Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində son vaxtlar “gicitkən” və “şeytanqanqalı” adlanan kəpənəklərin tırtıllarının geniş yayılaraq ağaclara və kol bitkilərinə ziyan verməyə başlaması ilə əlaqədar olaraq dərmanlama tədbirləri görülüb.

Dərmanlama tədbirlərinə muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin və Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizlik Şöbəsinin xüsusi təyinatlı 3, Şahbuz Rayon Baytarlıq idarəsinin 1 avtomobili cəlb olunub.

Qoruq ərazisindəki kol və ağac bitkiləri ilə yanaşı, insanların istirahət etdiyi ərazilər, o cümlədən yollar da dərmanlanıb.

Mütəxəssislər bildirirlər ki, el arasında “küllük kəpənəyi” kimi tanınan bu həşərat Batabat ərazisində havaların digər bölgələrə nisbətən daha çox yağmurlu olması nəticəsində geniş yayılıb.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR