14 İyul 2020, Çərşənbə axşamı

Hazırda dünyada koronavirus əleyhinə 10 peyvəndin hazırlanması üzərində iş aparılır. 126 peyvənd isə pre-klinik qiymətləndirmə mərhələsindədir. Bir peyvənd artıq sınağın son mərhələsindədir. Ümid edirik ki, bu peyvənd 2020-ci ilin sonuna qədər dünyada həssas qruplar və tibb işçiləri üçün əlçatan olacaq.

 

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

“COVID-19-a yoluxmuş ağır dərəcəli xəstələrin müalicəsində “deksametazon” preparatının ölüm hallarını üçdəbirə qədər azaltdığı sübut olunub. Bu, xəstəliklə mübarizədə böyük nailiyyətdir”, - deyə H.Harmancı qeyd edib.

 

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR