11 İyul 2020, Şənbə

  Muxtar respublikada nəqliyyat xidmətinin müasir səviyyədə qurulması daim diqqət mərkəzində saxlanılır, vətəndaşların mənzil başına vaxtında və təhlükəsiz çatması üçün mühüm addımlar atılır. Artan əhali sayına nümunəvi sərnişindaşıma xidmətinin təşkili tədbirləri çərçivəsində yeni marşrut xətlərinin istifadəyə veriliməsi də diqqətdə saxlanılır. Bu işlərin davamı kimi, artıq 6 nömrəli marşrut xətti Babək şəhərində də fəaliyyət göstərəcək.                                                          

Qeyd edək ki, əvvəllər Babək şəhər sakinləri və ya yolu  rayon mərkəzinə düşən sərnişinlər Nehrəm-Babək marşrutundan istifadə edirdilər və buna görə də sıxlıq ucbatından çətinlik yaşanırdı. Naxçıvan şəhərinin daxilində fəaliyyət göstərən 6 nömrəli marşrut xəttinin artıq Babək şəhərində də işləməsi sakinlərin mənzil başına vaxtında çatmalarına şərait yaradacaq. Marşrutu həyata keçirən avtobuslar komfortlu və müasirdir. Gün ərzində 6 avtobusun işləyəcəyi Naxçıvan-Babək şəhər marşrutu səhər saat 700-da Naxçıvan şəhərindəki avtovağzaldan yola çıxacaq və 12 dəqiqəlik intervalla hərəkət edəcək.    Qeyd edək ki, yeni fəaliyyətə başlayan marşrut xətti sakinlər tərəfindən razılıqla qarşılanıb.

Muxtar RZAZADƏ

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR