11 İyul 2020, Şənbə

Profilaktik tədbirlər məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən, ümumilikdə, 45 kilometr və ya 580 min kvadratmetr yol və səkilər dezinfeksiya edilib.

Qeyd edək ki, Naxçıvan şəhərinin “Azərbaycan” məhəlləsi, Həzi Aslanov, Əliqulu Qəmküsar, Zərifə Əliyeva küçələri və onlara bitişik döngələr, Babək rayonunun Şıxmahmud kəndində ictimai iaşə obyektləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası, tibb məntəqəsi, rabitə evi, məscid və mərasim evi dezinfeksiya edilib.
Şərur rayonunun Dəmirçi kəndinin əsas yolları, Kəngərli rayonunun Yurdçu və Xok kəndlərinin kənd mərkəzləri və əsas yollarında da dezinfeksiya işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR