26 Sentyabr 2020, Şənbə

Naxçıvan Muxtar Respublikasının Fövqəlаdə Hаllаr, Ekоlоgiyа və Təbii Sərvətlər nаzirliklərinin birgə tədbirlər planına uyğun olaraq Şahbuz Dövlət Təbiət Qoruğunda Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən meşələrdə, meşə ətrafı sahələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi məqsədilə səyyar seminar-müşavirə olub.

 Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbir çıxış edən nazirliyin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi vəzifəsinin icraçısı, daxili xidmət mayoru Hasil Məmmədov yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi məqsədilə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib. O, tədbirlərin həyata keçirilməsi məqsədilə Şahbuz Dövlət Təbiət Qoruğunda fəaliyyət göstərən könüllü yanğın komandası və Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları ilə birgə pаtrul xidməti fəaliyyətinin təmin olunması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsinin müdiri Fazil İbrahimov “Ətraf mühitin qorunması tələblərinin pozulması hallarının qarşısının alınması mövzusunda” çıxış edib.

Sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şahbuz Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin dövlət yanğın nəzarəti bölməsinin rəisi, daxili xidmət mayoru Adəm Kərimovun isti yay günlərində meşələrin yanğınlardan qorunması üçün vətəndaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələri mövzusuna həsr olunmuş çıxışı dinlənilib.

Sonda baş verə biləcək yanğın hadisələrinin qarşısının cəld və çevik alınması məqsədilə heyətin hazırlığı yoxlanılıb.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR