14 İyul 2020, Çərşənbə axşamı

Ötən gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6100 test aparılıb. Keçən müddət ərzində aparılan testlərin ümumi sayı 403 min 499-a çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Xatırladaq ki, iyunun 18-də Azərbaycanda yeni koronavirus infeksiyasına 338 yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkəmizdə 11 min 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Xəstələrdən 157 nəfəri reanimasiyadadır ki, onlardan da 30-u süni tənəffüs cihazına qoşulub.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR