09 İyul 2020, Cümə axşamı

Naxçıvan Regional Peşə Tədris Mərkəzində növbəti əmək yarmarkası təşkil edilib.

Əmək yarmarkasında dövlət və özəl müəssisələr tərəfindən vətəndaşlara 598 boş iş yeri təqdim olunub.

Yarmarkada iştirak edərək öz peşə və ixtisaslarına uyğun işləri seçən 36 nəfərə vakant iş yerlərinin tutulması ilə bağlı göndərişlər verilib. Əmək yarmarkasında həmçinin peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan 7 nəfərin peşə hazırlığına, 4 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı aparılıb.

Qeyd edək ki cari ilin ötən dövründə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında keçirilən əmək yarmarkalarında, ümumilikdə, 65 dövlət, 66 özəl müəssisə tərəfindən boş iş yeri çıxarılıb, 129 vətəndaşa işə göndəriş verilib.

 

 

 

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR