13 İyul 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə nazirliyin aparatında qulluq keçən dövlət qulluqçuları üçün “Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Aparatında qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirib.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev seminarı açaraq bildirib ki, dövlət qulluqçusu işlədiyi dövlət orqanının təmsilçisi kimi yüksək peşəkarlıq keyfiyyətlərinə malik olmaqla yanaşı, etik davranış qaydalarının tələblərinə tam məsuliyyətlə əməl etməlidir.
Nazir diqqətə çatdırıb ki, dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa, etik davranış qaydalarına riayət etməyə, cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək deyib ki, dövlət qulluqçusu bütün şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. O, qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı Türkan Gülməmmədli “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edib.
“Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Aparatında qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları” təsdiq edilib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR