13 İyul 2020, Bazar ertəsi

Ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar, 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

 Qeyd edilir ki, 7 iyul tarixinədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək. 

Xatırladaq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixindən həftədə iki dəfə - ikinci və dördüncü günlər yerinə yetiriləcək.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR