13 İyul 2020, Bazar ertəsi

  “Naxçıvan” Universitetində Ümumi tarix  kafedrasının təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “15 iyundan başlanan qurtuluş yolu” mövzusunda onlayn elmi konfrans keçirilib.

 Onlayn konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrindən biri olan Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın qısa zamanda iqtisadi sabitlik və inkişafa qədəm qoyduğunu diqqətə çatdırıb.

Daha sonra Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun  “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın Qurtuluşu” və kafedranın müəllimləri Gülçin Ağayevanın   “XX əsrin 90-cı illərində Azərbaycanda baş verən siyasi hadisələr”, Rəna Qurbanovanın “15 iyun müasir tariximizin nöqtəsidir” mövzusunda çıxışları dinlənilib.

Bildirilib ki, 1991-ci ildə dövlət müstəqilliyini elan edən Azərbaycan ürəkdolusu sevinməyə macal tapmamış ağır problemlər məngənəsinə düşmüşdü. Səriştəsiz, naşı hakimiyyət nümayəndələrinin bacarıqsızlığı üzündən siyasi təhlükəyə sürüklənən Azərbaycan Respublikasının dövlət müstəqilliyi, məhz ulu öndərin nicata çağırışı, cəsarətli siyasi müdaxiləsi və fəal siyasətə başlaması ilə qorunub saxlanmışdır. Milli Qurtuluş Günü ulu öndərin böyük bacarığı, xilaskarlıq missiyası ilə Azərbaycanı Azərbaycana qaytarmaq tarixidir. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər bütün qüvvəsini, problemlərin həllinə, Vətəni və xalqı düşdüyü fəlakətli vəziyyətdən xilas etməyə yönəltdi, canı qədər sevdiyi Azərbaycan xalqı üçün fədakarlıqla mübarizəyə başladı. Azərbaycana ikinci rəhbərliyi dövründə-cəmi 10 il ərzində ümummilli liderimizin həyata keçirdiyi möhtəşəm tədbirlər, Vətən və xalq naminə gördüyü misilsiz işlər neçə-neçə qərinəyə, əsrə bərabərdir.

 Seyfur Hacımuradov

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR