14 İyul 2020, Çərşənbə axşamı
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov "Azərbaycan Hava Yolları"Qapalı Səhmdar Cəmiyyətinə məktub yazıb.
"2020-ci il iyunun 18-də açılması nəzərdə tutulan Bakı-Naxçıvan-Bakı aviareyslərinə onlayn bilet satışı ciddi ehtiyacı olanlarda narazılıq yaratmış, nəticədə bilet ala bilməyənlərin çoxsaylı müraciətlərinə səbəb olmuşdur. Bu müraciətlərə əsasən, əlavə reyslərə növbəli açıq bilet satışı məqsədəmüvafiq olardı. Nəzərə almaģınız xahiş olunur" - deyə məktubda qeyd edilib.
 
Qeyd edək ki, eyni məzmunlu məktub Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha yazılıb.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR