14 İyul 2020, Çərşənbə axşamı

İyunun 11-də Azərbaycanda gündüz ən yüksək temperatur Mərkəzi Aran rayonlarında qeydə alınacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, həmin bölgədə gündüz 33-38° isti olacağı ehtimalı var.

 

Gecə ən aşağı temperatur isə Yuxarı Qarabağda: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında müşahidə ediləcək. Belə ki, həmin ərazilərdə gecə 10-15° isti olacağı ehtimal edilir. Həmçinin Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında dağlarda gecə 10-15° isti olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında isə gecə 18-22°, gündüz 30-35° isti olacaq.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR