07 İyul 2020, Çərşənbə axşamı

Muxtar respublikamızın mühüm sənaye müəssisələrindən olan Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir. 2472 kvadratmetrlik əraziyə malik zavodda avtomobil sənayesində tətbiq olunan müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal edilir. İstehsal prosesində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlardan istifadə olunur.

İndiyədək müxtəlif modellərdə “NAZ Lifan” markalı avtomobillərin istehsal olunduğu müəssisə istənilən modeldə minik və yük avtomobilləri istehsal etmək imkanına malikdir. Zavodda həm mexaniki, həm də avtomatik sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir. 2019-cu ilin aprel ayından “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibinə daxil edilən Naxçıvan Avtomobil Zavodunda artıq yeni modeldə avtomobillərin istehsalına başlanılıb. Belə ki, Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən hazırda zavodda ilkin olaraq 3 ədəd “FAW T-33” krossover və 6 ədəd “FAW T-80” yük avtomobillərinin istehsalına başlanılıb. Yaxın gələcəkdə isə əlavə olaraq “FAW T-33” krossover, “Lifan X-70” krossover və “Lifan L-7” minivantipli avtomobillərin yığılmasına başlanılacaq. Növbəti mərhələdə isə 58 ədəd “FAW” modellərinin istehsalı nəzərdə tutulub.


Müəssisədən aldığımız məlumata görə, hazırda burada “Lifan” markalı avtomobillər ilkin olaraq 20 faizi ödənilməklə 48 ay müddətinə, “FAW” markalı avtomobillər isə ilkin olaraq 25 faizi ödənilməklə 36 ay müddətinə daxili kreditlə təklif olunur. Bundan əlavə, satılacaq yeni avtomobillər üçün güzəştli kampaniyalar da nəzərdə tutulub.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları, həmçinin Şərur və Culfa rayonlarında avtomobillərin servis mərkəzləri fəaliyyət göstərir.

- Səbuhi HƏSƏNOV

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR