11 İyul 2020, Şənbə

“Təəssüflər olsun ki, əldə olunan uğurlar bizdə müəyyən rahatlığa səbəb oldu”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı deyib ki, inamsızlıq yaradan hallara qətiyyən yol vermək olmaz: “Biz ilk gündən şəffaf şəkildə bütün məlumatları ictimaiyyətlə paylaşırıq. Tibb müəssisələrimiz lazımi təchizat və kadr resursları ilə təmin olunub. Qarşıdakı həftə bir neçə modul xəstəxana da istifadəyə veriləcək. Prezidentin diqqət və qayğısı sayəsində müayinə və müalicə sahəsində heç bir problem yoxdur. Biz sadəcə, ilk mərhələdə olduğu kimi, həmrəylik etsək, irəlidəki günlərdə həftə sonlarında qapanmaların da şahidi olmaya bilərik. Əgər statistik göstəricilər gələcəkdə də mənfi istiqamətdə inkişaf etsə, uzunmüddətli qapanmalara da gedə bilərik. Biz bunu istəmirik”.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR