13 İyul 2020, Bazar ertəsi

Gənclərin hərbi vətənpərlik tərbiyəsində mühüm rol oynayan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib.

26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində silah və texnika nümunələrinin sayı artılaraq 40-a çatdırılıb. Hazırda eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib. Yeni eksponatlardan 2 təlim təyyarəsi gənc pilotların hazırlanmasında istifadə olunub və 1 döyüş-nəqliyyat vertolyotu birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçib.

Pilotlar tərəfindən “Uçan tank”,  xarici görünüşünə görə isə "Timsah" adlandırılan Mİ-24V döyüş-nəqliyyat vertolyotundan döyüş əməliyyatları zamanı avtokarvanların və nəqliyyat helikopterlərinin müşahidəsi, düşmənin atəş vasitələrinin dəf edilməsi üçün istifadə edilirdi.

Təknəfərlik YAK-50 idman-aerobatik təlim və ikinəfərlik YAK-52
idman-aerobatik təlim-məşq təyyarələrindən hazırda Azərbaycan Ordusunun sıralarında xidmət edən pilotların hazırlanmasında istifadə edilib.

Açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində 3 yeni eksponatdan əlavə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş top və minaatanlar, zenit raket kompleksləri, döyüş-nəqliyyat vertolyotu, döyüş təyyarələri, mühəndis texnikaları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.

Kənan Cəlilov

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR