06 İyul 2020, Bazar ertəsi

Uşaq bağçalarının yaxın vaxtlarda açılması gözlənilmir.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 Onun sözlərinə görə, dövlət qurumlarına tapşırılıb ki, himayəsində azyaşlı və yaşlı olanlara müəyyən şərait yaratsınlar: "Uşaqları riskə atmaq olmaz. Ona görə də bu qadağa qüvvədə qalmaqdadır".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə deyib ki, uşaq bağçaları ilə bağlı metodiki tövsiyələr hazırlanır. 

Onun sözlərinə görə, əgər bağçalar açılarsa, həmin qaydalar tətbiq ediləcək.

Hazırkı dövrdə bağçaların açılmasını məqbul saymayan R.Bayramlı qeyd edib ki, xəstəliyi asimptomatik keçirən uşaqlar digər uşaqların sağlamlığı, eyni zamanda onları bağçaya gətirən yaxınları üçün təhlükə yarada bilərlər.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR