30 May 2020, Şənbə

1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbədən 75 il keçir. İkinci Dünya müharibəsində əldə edilən bu tarixi qələbəyə Azərbaycan xalqı da böyük töhfələr verib. Vətənpərvər xalqımız qələbəni təmin etmək üçün döyüşən orduya yaxından və hərtərəfli kömək göstərib, arxa cəbhədə çalışanlar əsl şücaət və əzmkarlıq nümayiş etdiriblər.

 İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri bugünkü gənc nəsil üçün vətənpərvərlik nümunəsidir. Odur ki, ölkəmizdə yaşlı nəslə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.  “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər.” deyənUlu öndər Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməmişdir.

Müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə edilmişlər. Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Ölkə Prezidentinin cari il aprelin 24-də imzaladığı“1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında”  sərəncamı bu təbəqədən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti təzahürüdür. İkinci dünya müharibəsi iştirakçılarına və digər şəxslərə olan böyük diqqət və qayğının nəticəsidir ki, onlara verilən birdəfəlik maddi yardımların məbləği də getdikcə artırılır. Təkcə ötən illə müqayisədə bu maddi yardımların məbləği 50 faiz artırılmışdır.

Naxçıvan Muxtar Respublikasında da sərəncamın tam və vaxtlı-vaxtında icrası təmin edilməklə, 9 May - Qələbə Gününədək müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişi həyata keçirilmişdir. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardımın həmin insanların bank hesablarına köçürülməsi təmin olunmuşdur.

1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini Azərbaycan xalqaı heç vaxt unutmayacaqdır. Bugünkü və gələcək nəsil üçün nümunə olan həmin qəhrəmanların şərəfli ömür yolu sonrakı nəsillər üçün də bir məktəbdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun dediyi kimi: "Bu gün cəmiyyətimizdə müharibə veteranlarına böyük hörmət və ehtiram vardır. Onların döyüşlərdə göstərdikləri rəşadət, müharibədən sonrakı bərpa və quruculuq illərində çəkdikləri zəhmət Vətənə xidmət nümunəsi – həyat dərsidir. Vətəni sevmək, Vətən torpağını qorumaq və mənsub olduğu ölkəni inkişafa qovuşdurmaq dərsidir. Gənc nəsil bu dərsi mənimsəyərək özündən sonrakı nəsillərə ötürməli, nəsillər arasındakı varislik ənənələri davam etməlidir".

  Naxçıvan Muxtar Respublikası

Dövlət Sosial Müdafiə Fondunun

mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR