02 İyun 2020, Çərşənbə axşamı

Müqəddəs kitabımız “Qurani-Kərim”in insanlara çatdırılması, əmin-amanlıq və mərhəmət duyğularının təlqin edilməsi, həmrəylik, birlik Ramazan ayının ən ali fəzilətlərindəndir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ramazan ayı dünya xalqlarının mənəviyyatı tarixinə böyük təsir göstərmiş mübarək aylardan biridir. Sülhün, əmin-amanlığın, qardaşlığın bərqərar edilməsinə dəvət edən İslam dininin bu müqəddəs ayında müsəlmanlar humanist prinsiplərin təntənəsi naminə hər cür sınaqlara sinə gərmək qabiliyyətlərini nümayiş etdirirlər”.

Muxtar respublikada Ramazan ayı və orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Pandemiya dövründə kütləvi iftar mərasimlərinin yerinə, iftar yeməklərinin paylanması həm mənəvi dəyərlərimizin yaşadılmasına, həm də sağlamlığımızın qorunmasına xidmət edir.

Mayın 15-də müqəddəs Ramazan ayı münasibətilə Naxçıvan şəhərindəki məscidlərdə dindarlara və məscid əhlinə, eləcə də ali təhsil müəssisələrində təhsil alan tələbələrə, hərbi hospitalda müalicə alan xəstələrə, muxtar respublikada işləyən xarici ölkə vətəndaşlarına və sosial qayğıya ehtiyacı olanlara iftar yeməkləri paylanmışdır.

“Şərq qapısı”

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR