31 May 2020, Bazar

18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir:

“Evə gedirəm” portalı çərçivəsində təkcə Rusiyadan 540-dan artıq Azərbaycan vətəndaşının gətirilməsi təmin edilib. Digər ölkələrdən də çoxlu sayda Azərbaycan vətəndaşı ölkəmizə gətirilib. MDB və Avropa İttifaqı ölkələri, habelə Avropadan Azərbaycana çarter reysi həyata keçiriləcək".

H.Hacıyev bildirib ki, ümumilikdə indiyə qədər 20 minə yaxın xaricdə olan vətəndaş ölkəyə gətirilib: "5 mayda İrandan 94, 7 mayda İstanbuldan 212, 8 mayda Daşkənddən 50, Riqadan 52, 12 mayda Minskdən 124 Azərbaycan vətəndaşı ölkəyə gətirilib".

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR