25 Sentyabr 2020, Cümə

Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Naxçıvan Aqrolizinq”Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasında “Gübrə, zəhərli və kimyəvi maddələr saxlanılan anbarlarda yanğınların söndürülməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib. 

 Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə.Təlimin keçirilməsində məqsəd gübrə, zəhərli və kimyəvi maddələr saxlanılan anbarlarda baş verə biləcək yanğınların söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin əyani şəkildə şəxsi heyətə öyrədilməsi, qarşılıqlı əlaqənin təşkili, yanğınsöndürənlərin peşə vərdişlərinin artırılması, digər struktur qurumlarla qarşılıqlı əlaqədə yanğınların söndürülməsi və zərəçəkmişlərin xilas edilməsini şəxsi heyətlə prkktiki məşq etdirməkdən ibarət olub.

Təlim planına uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasında və onun anbarında şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkili sualına baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib.

Təlimə Şahbuz Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 12 nəfər şəxsi heyəti, 2 ədəd yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR