07 İyun 2020, Bazar

Türkiyədə indiyədək koronavirus infeksiyasına yoluxan xəstələrdən 70 faizi sağalıb, 3894 nəfər vəfat edib.

Bu barədə son rəqəmləri Səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə paylaşıb.

Məlumat verilir ki, mayın 12-də 37 min 351 nəfər testdən keçirilib. Onlardan 1704 nəfərdə infeksiya aşkarlanıb. Gün ərzində 3109 nəfər sağalıb, 53 nəfər dünyasını dəyişib.

İndiyə qədər 1 milyon 440 min 671 nəfər yoxlamadan keçirilib. Onlardan 141 min 475 nəfər xəstə çıxıb. Hazırda 1045 nəfər reanimasiyada, 576 nəfər süni nəfəs aparatındadır. Xəstəlikdən sağalananların ümumi sayı yüz minə yaxınlaşır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR