26 Sentyabr 2020, Şənbə

 

       Naxçıvan Qarnizonunda hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, güclü komandaların tərkibinin müəyyən edilməsi məqsədi ilə keçirilən birincilikdə 15 komandadan 90 idmançı mübarizə aparıb. Yarışlarda Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları fərqləniblər.

      İdmançı hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atəşaçma, uzaqlığa və dəqiqliyə qumbaraatma, 8 km məsafəyə kross qaçışı və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

       Ümumi nəticələrə əsasən komanda hesabında 2-ci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları, 3-cü yerdə isə motoatıcılar qərarlaşıb. Xüsusi təyinatlılar isə birincilik mövqeyini yarışın sonuna qədər qoruyub saxlayıblar.

                Yarışın nəticələrinə əsasən ilk üçlükdə qərarlaşan komanda və hərbi qulluqçulara Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.

Nəriman Nəcəfov

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR