25 Sentyabr 2020, Cümə

         

  H.Əliyevin yenidən 1993-cü ildə hakimiyyətə qayıtması Azərbaycan Respublikasında yaranan ab-hava, kitabxana işinə də öz müsbət təsirini göstərdi. Beləki, muxtəlif sahələrdə oldugu kimi  Naxçıvan Muxtar Respublikasında da kitabxanalar yenidən quruldu, kitabxana işində böyük canlanma baş verdi. Hər şeydən əvvəl, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi , kitabxana işinə ayrılan vəsaitin ayrılması yeni binanın tikilməsi və avadanlıqlarla təmin edilməsi, kitab fondunun yeni ədəbiyyatla dövri nəşrlərə, elmi və referatif jurnallarla komplektləşdirilməsi  kitabxananın beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə səbəb oldu.

Azərbaycan Müstəqillik əldə etdikdən sonra keçid dövrünün hər cür çətinliklərinə baxamayaraq ümumillilider Heydər Əliyev qarşıya qoyduğu  vəzifələri ardıcıl olaraq həyata keçirərək, Azərbaycanda olduğu kimi Naxcıvan MR da çoxsaylı ictimai təşkilatların, siyasi partiyaların, müxtəlif cəmiyyətlərin və fondların yaranması, senzuranın ləğv edilməsi və s.  mühüm əhəmiyyət kəsb etdi.  Kitabxana işində də mühüm dəyişikliklər və islahatlar başladı. Bütün sahələrdə baş verən bu dəyişikliklər, vətəndaşların informasiya təminatında, kitabxana ifnormasiya cəmiyyəti quruculuğunda, Heydər Əliyevin Respublikamıza qayıdışından sonra Azərbaycan Dövlətçiliyi ilə yanaşı, kitabxana işində də böyük dəyişikliklər başladı. Kitabxanalar ideoloji buxovlardan azad edildi. Milli idieologiyanın formalaşmasında və təbliğində kitabxanalar da yaxından iştirak etdilər.

 Belə ki, elm və mədəniyyət müəssisələrinə dövlət büdcəsindən vəsait ayırmaqla yanaşı, onların dövlət mülkiyyəti, ümumxalq sərvəti kimi qorunub saxlanılması haqqında qərarlar qəbul edildi. Sərəncamlar və fərmanlar imzalandı. 1995-ci il sentyabr ayının 29-da “Azərbaycan Respublikasında 1995-1998-ci illər dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının təsdiq edilməsi haqqında” Azərbaycan respublikasının Qanunu ilə bağlı fərman imzalandı. Bu fərmanın birinci bölməsində “Özəllşdirilməsi qadağan olunan müəssisə və obyektlərin siyahısı” verilmişdir. Yerində verilmiş bu fərmandan aydın olur ki, kitabxanalarda saxlanılan sərvətlərin, onların binasının və sahələrinin özəlləşdirilməsi qəti qadağandır.

Beləliklə,  kitabxanaların özəlləşdirilməsi onların binalarının başqa məqsədlər üçün istifadə edilməsi ölkə Prezidentnin fərmanı ilə qadağan edildi. 1993-1999-cu illər kitabxana tarixində mühüm illər kimi yadda qaldı. 1996-cı ildə Azərbaycan Nazirlər Kabineti “Kitabxana işi haqqında” qərar qəbul etdi. Bu qərarda kitabxana şəbəkələrini qoruyub saxlamaq və əhaliyə xidmət işini yaxşılaşdırmaq üçün Azərbaycan Mədəniyyət Nazirliyinin qarşısında ciddi vəzifələr qoymuşdur. Bu mühüm sahələrdən biri də kitabxanaların maliyyələşməsi idi. Ölkədə hökm sürən maliyyə böhranına baxamayaraq dövlət kitabxanalarının saxlanılmasına və kitabxana işçilərinin əmək haqqının verilməsinə ayrılan vəsait qorunub saxlanıldı. Bu vəziyyət 1998-ci ilədək davam etdi. Bu ildən sonra dövlət büdcəsindən kitabxanalara yeni kitablar almaq,  fondunu zənginləşdirmək və belə bir vəziyyət get-gedə yaxşılaşmağa doğru irəlilədi.

Ölkəmizdə özəl müəssisələrin yaradılması ilə əlaqədar olaraq yeni özəl kitabxanalar yaranmağa  başladı. Bu iş xüsusilə təhsil sahəsində özəl təhsil kitabxana şəbəkəsi, ali və orta ixtisas məktəblərinin kitabxana şəbəkəsi ətrafında formalaşmağa başlamışdır.

Müstəqillik dövründə baş verən hadisələr dövlətimizə kitabxana işi sahəsində yeni, müstəqil, demokratik siyasət yeritmək üçün şərait hazırladı. Beləliklə, müstəqil Azərbaycan dövlətinin kitabxana işi sahəsində siyasəti formalaşdı. Bu siyasət dünyanın qabaqcıl ölkələrinin kitabxana siyasətindən, ümumbəşəri dəyərlərdən bəhrələnən, müasir  dövrün mahiyyətcə yeni olan ideyaları ilə silahlanan, gələcəyə baxan, perspektiv inkişafı təmin edə bilən bir siyasətdir. Kitabxana işi haqqında dövlət siyasətini formalaşdırmaq üçün yeni təfəkkür tərzi ilə düşünən insanların dünya baxışlarını analiz və sintez etmək, milli mentalitetimizə, soykökümüzə uyğun ənənələri ortaya çıxarıb ümumilləşdirmək əsasında hazırlamaq zəruri  idi.                       

Cəmiyyətin formalaşmasında meydana gəlib təkmilləşən, yeni dünya baxışı, yeni təfəkkür insanların dəyişməsinə səbəb olmuşdur. Ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin formalaşdığı kitabxana siyasəti öz əsas prinsiplərini və vəzifələrini müəyyənləşdirirkən bilavasitə dövlət siyasətinə əsaslanmalı onun mahiyyətinə uyğunlaşmalıdır. Dövr, zaman  irəlilədikcə bütün sahələrdə olduğu kimi kitabxana işi də inkişaf, və tərəqqi edərək, dünya təcrübəsindən bəhrələnərək müasir dövrün tələbatına cavab verməlidir. Müasir kitabxanalarda elektron  katoloqdan istifadə  çox əhəmiyyətli idi.

Araşdırmalar göstərir  Naxcıvan Muxtar Respublikasında müstəqillik illərində kitabxanalarda elektron katoloqun sənəd dövriyyəsi  dayanıqlı  və davamlı inkişafın möhkəmləndirilməsi  mövcud təcrübəyə əsaslanaraq yeni texnologiyaların, ideyaların, biliklərin müxtəlif  sahələrinə tətbiq edilməsinə yönəlmişdir. Ölkəmizin inkişafı üçün olduqca əhəmiyyətli rola malik  olan bu mühüm prosesdə dövlət tərəfindən diqqət artırılır, bu sahənin inkişafına xüsusi əhəmiyyət verilir. Təsadüfi deyil ki, Azərbaycanın son illər artan maliyyə imkanları ölkə  rəhbərliyi tərəfindən  innovasiya texnologiyalarının inkişafına xidmət edən təhsil və elm sahələrinə diqqətin artırılması ilə müşahidə olunur.  

Ötən illər ərzində Naxçıvan Muxtar Respublikasında da kitabxana işinin müasir standartlar səviyyəsində qurulması diqqət mərkəzində saxlanılmış və muxtar respublikada kitabxanaların elektronlaşdırılması üçün məqsədyönlü addımlar atılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 19 aprel 2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında Elektron kitabxana yaradılmışdır.2012-ci il dekabrın 3-də Məmməd Səid Ordubadinin 140 - illiyi və ədibin adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubiley tədbirləri keçirilmiş, elektron kitabxananın təqdimatı olmuşdur. Elektron arxiv və elektron kitabxana sisteminin yaradılması istiqamətində növbəti addım isə Naxçıvanşünaslıq Mərkəzinin istifadəyə verilməsi olmuşdur. Naxçıvanşünaslığa aid əldə olunan kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanılması, tədqiq və təbliğ edilməsi Naxçıvanşünaslıqla məşğul olan ayrıca bir mərkəzin yaradılmasını zərurətə çevirmişdi. Bu zərurət əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvanşünaslıq Mərkəzi yaradılmış, mərkəz üçün ayrıca bina ayrılmış və əsaslı surətdə yenidən qurulmuşdur. Mərkəz, onun kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunmuş, elektron kitabxana və elektron arxiv yaradılmışdır.

  Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanası Muxtar Respublika elmi kitabxanaları icərisində ən iri həcmli kitabxanadır. Kitabxanada aparılan yenidənqurma işləri zamanı burada müasir surətköçürmə aparatı, elektron informasiya köşkü, əsas və ehtiyat server quraşdırılmış, 20 oxucu yeri yaradılmışdır. Muxtar respublikamızda daha bir elektron kitabxananın – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olmuşdur. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılmış, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılmışdır. Kitabxana lazımi avadanlıqlarla təmin edilmiş, burada surətköçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün televizor və mobil elektron lövhə qoyulmuşdur. Kitabxanaya fiber-optik kabel çəkilmiş, daxili şəbəkə yaradılmış və www.e-kitab.ameanb.nmr.az internet səhifəsi hazırlanaraq təqdim olunmuşdur. 

Naxçıan Dövlət Universitetinin Elmi kitabxanası 1996-cı ildən etibarən daha da təkmilləşdirilərək inkişaf etdirilmişdir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin kitabxanası üçün yeni beşmərtəbəli bina inşa edilmişdir. Beləliklə, kitabxana 2004-cü ilin may ayında avropa standartlarına uyğun beşmərtəbəli binaya köçürülmüşdür. Bundan sonra kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanmış, oxuculara xidmət işində mütərəqqi üsullar tətbiq edilmişdir.

Naxçıvan Dövlət Universitetinin zəngin maarifçilik ənənələrinə malik olması Naxçıvan Muxtar Respublikasında yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmin bütün formalaşmasına və bütövlükdə regionun tərəqqisinə öz müsbət təsirini göstərir. Naxçıvan Dövlət Universitetinin çoxsaylı məzunları içərisində Azərbaycan Milli Dövlətçilik quruculuğun ən müxtəlif sahələrində yaxından iştirak edir. Respublikamızda və onun hüdudlarından kənarda elmi-mədəni potensialın güclənməsində layiqli töfhələr verir.

Müstəqillik illərində  xarici dillərdə  olan  ədəbiyyat  fondu surətlə azalırdı. Bu  kitabxanada  elmi potensiala malik olan elmlərin inkişafında xüsusi əhəmiyyəti olan referatif jurnalların, informasiya nəşrlərinin alınması tamamilə  dayanmışdır. Onu da qeyd etmək yerinə düşər ki, ki, kitabxana kecmiş SSPİ dağılandan sonra pullu məcburi nüsxələrdən də məhrum edilmişdi. Respublikanın nəşriyyat sistemi tamamilə  müflisləşmiş, kitab nəşri işi iflic vəziyyətə düşmüşdür. Bütün bunlar kitabxanaların yeni ədəbiyyatla komplektləşdirməsi işini demək olar ki, dayandırılmışdır.

H.Əliyevin yenidən 1993-cü ildə hakimiyyətə qayıtması Azərbaycan Respublikasında yaranan ab-hava kitabxana işinə də öz müsbət təsirini göstərdi. Beləki, muxtəlif sahələrdə oldugu kimi  Naxçıvan Muxtar Respublikasında da kitabxanalar yenidən quruldu, kitabxana işində böyük canlanma baş verdi. Hər şeydən əvvəl, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi , kitabxana işinə ayrılan vəsaitin ayrılması yeni binanın tikilməsi və avadanlıqlarla təmin edilməsi, kitab fondunun yeni ədəbiyyatla dövri nəsrlərə, elmi və referatif jurnallarla komplektləşdirilməsi  kitabxananın avropa standartları səviyyəsinə yüksəlməsinə səbəb oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü ildə “Azərbaycan Milli Ensklopediyasının nəşri” , “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi”, “Dünya ədəbiyyatı nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi” və “Dünya ədəbiyyatı kitabxanası seriyasının 150 cildlik nəşr olunması haqqında” sərəncamlar imzalayaraq yenidən çap edilən kitabların bütün kütləvi, ali və orta tədris müəssisələrindəki kitabxanalara verilməsini, həmçinin bu kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsi ilə yayılmasını təmin etmək , latın qrafikasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılması” haqqında tapşırıqlar verilmişdir.

Son illərdə ölkəmizdə kitabxana işinin elmi əsaslar üzərində yenidən qurulması kitabxanaların yeni ədəbiyyatla komplektləşdirilməsi maddi texniki bazasının möhkəmləndirilməsi, maliyyə işinin qaydaya salınması modernləşdirilməsi, informasiyalaşması kitabxana informasiya texnologiyası ilə təmin edilməsi, internetlə qoşulması və s. sahələrdə olan irəliləyişlər tələb edir ki, kadr potensialı genişlənsin dövrün tələbinə uyğun qurulsun.  Məhz bu baxımdan Respublika Prezidenti İlham  Əliyevin həyatı keçirdiyi siyasətin böyük əhəmiyyəti var.  Beləki, son illərdə Azərbaycan Respublikasında kitabxana işinin inkişaf etdirilməsinə dair bir çox sərəncamlar imzalanmışdır. Bunlardan ən genişi və kitabxanaların uzun müddətli inkişafına dəstək olan 6 oktyabr 2008-ci ildə Respublika Prezidenti tərəfindən imzalanan “Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008-2013-cü ilində inkişafı üzrə Dövlət Proqramı” dır. Bu Dövlət Proqramında kitab və kitabxana mədəniyyətinin gələcək inkişaf istiqamətinə xalqımızın durmadan artan informasiya təmiantının ödənilməsinə kitabxana işinin daha da inkişafına yenidən qurulmasına müasir kitabxananın ən başlıca vəzifəsi oxuculara kitabxana və informasiya xidmətini yüksəltmək kitabxanaların dünya standartları səviyyəsinə qaldırmaq eyni zamanda dünya kitabxanaçılıq təcrübəsindən bəhrələnmək, ənənəvi kitabxanaçılğın müaisir kitabxanaçılıqla əvəz edilməsinə yönəldilimişdir.

Muxtar Respublikada Naxçıvan Dövlət Universiteti ulu öndərin ideyalarının, irsinin layiqli varisi, davamçısı və təbliğatçılarından biri kimi fəaliyyət göstərir. Artıq 20 ildən artıqdir ki, Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev Universitet kitabxanası” yaranmış, milli dövlətçilik, milli düşüncə və  tərbiyə məktəbi olaraq fəaliyyət göstərir.  Müstəqil dövlətçiliyimizin möhkəmlənməsi yolunda məqsədyönlü fəaliyyətin təzahürü kimi Heydər Əliyev irsinin və dövlətçiliyimizin öyrənilməsi həmişə diqqətdə olacaq.

Nəzakət İsmayilova

                                                       Naxçıvan Dövlət Universitetinin dosenti

                                                                            

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR