02 İyun 2020, Çərşənbə axşamı

Türkiyə son vaxtlar dünyada müdafiə və təhlükəsizlik sahələrində daha çox tələbatın olduğu insansız silahların, nəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir.

Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir Anadolu Agentliyinə açıqlamasında bu layihələrə hər vəziyyətdə işləyə bilən, kəşfiyyat, nəzarət, hədəfləri aşkarlama, uzaqdan idarə olunma, üstün manevr, eləcə də qərar vermə və dəqiq icra etmə qabiliyyətlərinə malik insansız yerüstü hərbi texnikanın inkişafının və kütləvi istehsalının daxil olduğunu bildirib.

Vurğulanıb ki, son istehsal edilən silahlardan biri - yeni “mini tank” köməkçi robotlar yaxın vaxtda Türkiyə Silahlı Qüvvələrinin sərəncamına veriləcək. Ölkənin “ASELSAN” və “Katmerciler” şirkətləri tərəfindən hazırlanan və artıq testdən keçirilən bu hərbi texnika yüksək sürət və manevr, zireh seçimi və geniş çeşidli silah sistemlərindən istifadə etmək qabiliyyətlərinə malikdir. Peyk bağlantısı ilə idarəetmə diapazonunun məhdudiyyətsiz olacağı bu yeni kəşfiyyat-nəzarət vasitəsi sərhəddə patrul xidməti apararaq bölgədə və ətrafda müəyyən etdiyi hədəflərə dair məlumatları mərkəzə ötürəcək. 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR