25 Sentyabr 2020, Cümə

Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilib.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 Dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir. 

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə ediləcəklər. Həmçinin dil normalarını pozanlara qarşı inzibati cərimənin 1 il şərti olaraq tətbiq edilməsi təklif edilir.

Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR