26 Sentyabr 2020, Şənbə

1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində 30 kənd dağıdılıb, 195 dinc sakin öldürülüb, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Əlli səkkiz nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Həmçinin 24 mindən çox qardaşımız öz yurd-yuvalarından didərgin düşüb.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib.

 Müşavir bildirib ki, işğal nəticəsində Azərbaycanın 289 kvadratkilometr ərazisi ermənilərin nəzarətinə keçib. Ermənilər Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini dağıdıb. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

“Şuşa işğal olunandan bəri, yəni, 28 ildir bizim qanayan yaramızdır”, - deyə Hüseyn Altınalan vurğulayıb.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR