30 May 2020, Şənbə

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş dövlət proqramları və tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolar­da icrasını aprel ayında da diqqətdə saxlamışdır.
Qeyd edək ki, ötən ay muxtar respublikada medianın inkişafına daim qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Naxçıvan teleradiosuna 91 min manat dəyərində yeni çəkiliş və efir avadanlıqları alınmışdır.

Karantin rejiminin tətbiq olunduğu aprel ayında Naxçıvan teleradiosunun işi və məsuliyyəti daha da artmışdır. Şura tərəfindən aparılan monitorinqlərin nəticələri elektron vasitə ilə teleradiolara göndərilmiş və mütəmadi yaradıcılıq müzakirələri keçirilmişdir. Naxçıvan Dövlət Televiziyasının Mədəniyyət Nazirliyi ilə birgə layihəsi əsasında canlı efir vasitəsilə tamaşalar, konsert proqramları, muzey ekskursiyaları yayımlanmışdır.
Naxçıvan Dövlət Radiosunun aprel ayında da keçidləri yenilənmiş, rəngarəng canlı proqramlar təqdim olunmuşdur.
Ötən ay şura tərəfindən “Naxçıvanın səsi” radiosuna yaradıcı köməklik göstərilmiş, radioverilişlərin daha geniş auditoriyaya çatdırılması üçün təkliflər irəli sürülmüşdür. Qeyd olunmalıdır ki, “Naxçıvanın səsi” radiosunun ötən aylarla müqayisədə verilişlərinin dinlənmə sayı xeyli artmışdır. “Evdə oxu” adlı aksiyaya start verilmişdir.
Monitorinq müşahidələrinə əsasən qeyd edilməlidir ki, “Kanal 35” televiziyasında aprel ayında vizual görüntüsü aşağı olan materiallar proqramdan çıxarılmışdır. Ötən ay muxtar respublikamıza həsr olunmuş videomaterialların yayımı istiqamətində 51 videomaterial televiziyada yayımlanmışdır.
Şura muxtar respublikada yayımlanan telekanalların fəaliyyətini izləmiş, təhlillər aparmışdır. Ötən ay muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında baş verən hadisələrə ölkə telekanallarının “Xəbərlər” proqramlarında da (Lider TV, İTV) yer verilmişdir. Aprelin 11-də Xəzər TV-də yayımlanan “Ənənə boğçası”nın növbəti buraxılışı Şərur rayonuna həsr olunmuşdur.
Tədbirlər planına uyğun olaraq şura sosial şəbəkələrdə Naxçıvanla bağlı yayılan məlumatların təhlilini də aparmış, bəhs edilən dövrdə sosial şəbəkələrdə Naxçıvanla bağlı 600-dən çox foto və video, həmçinin xəbər paylaşmışdır.
Şura tərəfindən həmin dövrdə sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində Naxçıvan Muxtar Respublikasında əldə edilən nailiyyətlər, diyarımızın qədim tarixi abidələri, zəngin turizm potensialı ilə bağlı mərkəzi mətbuat orqanları üçün, ümumilikdə, 23 material, 148 xəbər hazırlanmışdır.
Həmçinin şura üzvünün “Biz birlikdə güclüyük, evdə qalaq” məqaləsi nuhcixan.az saytında, ­İstanbulun serhatbirikim.com.tr xəbər portalında və “Balkan” qəzetində yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR