02 İyun 2020, Çərşənbə axşamı

Dünyanın ən mötəbər tədbirlərindən biri - “Expo-2020 Dubai” sərgisi COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.

Bu ilin oktyabrında açılması nəzərdə tutulan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin ciddi hazırlaşdığı tədbir 2021-ci ilin oktyabrından 2022-ci il martın 31-də də keçirilə bilər. Bu barədə Beynəlxalq Sərgilər Bürosu qərar qəbul edib.

“Expo-2020 Dubai” sərgisinin Təşkilat Komitəsinin sədri Şeyx Əhməd bin Səid Al Maktum koronavirus pandemiyası səbəbindən qəbul edilən bu qərarı alqışladığını bildirib. “Biz Beynəlxalq Sərgilər Bürosuna üzv dövlətlərin hazırkı pandemiya şəraitində qəbul etdiyi qərarı və onların COVID-19-un daha çox yayılmasının qarşısının alınması səylərini yüksək qiymətləndiririk. BƏƏ 50 ildən çox müddətdə davam edən tərəfdaşlıq əlaqələrinə böyük önəm verir və ümid edirik ki, gələcəkdə əməkdaşlıq istiqamətində daha mühüm addımlar atılacaq”, - deyə o vurğulayıb.

Beynəlxalq Sərgilər Bürosunun Baş katibi Dimitri Kerkentzes də sərginin təxirə salınması qərarını alqışlayıb və əlavə edib ki, üzv ölkələr koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirib. “Düşünürəm ki, 2021-ci ildə biz pandemiyadan qurtulmuş bir dünyada bu möhtəşəm tədbiri birgə keçirəcəyik və bizi güclü edən həmrəyliyi bir daha göstərəcəyik”, - deyə Baş katib əlavə edib. 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR