Mayın 5-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Toplantının gündəliyinə 11 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, Vergi Məcəlləsinə və s. qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.