25 Sentyabr 2020, Cümə

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, komandir hazırlığı məşğələsi komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilib.

Səhra şəraitində təşkil edilmiş təlim yerlərində müxtəlif fənlər üzrə keçirilən dərslərdə döyüş texnikalarının heyətlərindən normativlərin qəbulu, hərbi hissədə texnikaların yoxlanması, səhra şəraitində avtomobil və döyüş maşınlarının yanacaqla təminatı qaydaları göstərilib. Məşğələnin sonunda atəş bacarıqları yoxlanan zabitlər müxtəlif atıcı silahlardan praktiki atışlar yerinə yetiriblər.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR