02 İyun 2020, Çərşənbə axşamı

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payının verilməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb. Bu xəbəri onlarla qəzet və informasiya portalı yayımlayıb.

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payının verilməsi ilə bağlı xəbərə Türkiyənin igdir15temmuzgazetesi.com, yesiligdir.com, konyaekspres.com, ardahanhaber.com, gazetepusula.net, karsmedyasi.com, narinkalegazetesi.net, igdirim76.com, agrihurses.net, kimlikhaber.com, serhatbirikim.com.tr və gazetekars.com sayt və qəzetlərində geniş yer verilib.

Dərc olunmuş materiallarda  bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin  tapşırığı ilə muxtar respublikada təhsil alan və dünyada yayılmış koronavirus pandemiyasına görə ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbəyə bir aylıq ərzaq payı təqdim olunub.

Naxçıvan Dövlət Univeristetində bu münasibətlə keçirilən tədbiri yüksək qiymətləndirən qardaş ölkə mətbuatı  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbovun tədbirdə  səsləndirdiyi fikirlərə geniş yer ayırıb və oxucuları ilə bölüşüb.

Türkiyəli jurnalistlər Naxçıvanda atılan bu addımın böyük humanistlik nümunəsi olduğunu xüsusi vurğulayıblar.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR