02 İyun 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində həyata keçirilən “Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb.

 AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi ilə Naxçıvan Qarnizonu tam orta məktəbinin 10-cu sinif şagirdləri Lamiyə Hacıyeva və Ayişə Əsgərova muxtar respublika ərazisində yerləşən dünya əhəmiyyətli abidələrin rayonlar üzrə sayını və yerini əks etdirən xəritə hazırlayıblar. Naxçıvanda qədim sənət növlərindən olan ağac üzərində yandırma üsulu ilə işlənilən xəritə iki milli-mənəvi dəyərin sintezini - tarixi abidələrimizi və qədim sənət növünü özündə əks etdirib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası nəticəsində 1200-dən çox qeydə alınaraq pasportlaşdırılan abidənin 57-si dünya əhəmiyyətlidir.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR