13 Avqust 2020, Cümə axşamı

Bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən, Daxili İşlər Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birlikdə xidmət sahələrində qaydalara əməl olunmasına nəzarəti gücləndirməli, muxtar respublika ərazisində fəaliyyət göstərən kafe, restoran və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş rejimi qısaldılaraq 17:00-dək müəyyən edilməlidir.

 Ali Məclisin Sədri həmçinin sahibkarlıq subyektlərinin və işçilərinin iqtisadi və sosial vəziyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyinə aid qurumlarla birlikdə ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyətini məhdudlaşdırmağı, mağazaların ərzaqla normal təminatına diqqəti artırmağı, aid qurumlarla birlikdə ehtiyatların yaradılmasının davam etdirilməsini tapşırıb.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR