30 Mart 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2020-ci il 7 mart tarixdə prokurorluq orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanı keçirilib.

Məlumat üçün bildirək ki, müsabiqəyə çıxarılmış 8 vakant vəzifənin tutulması üçün 28 nəfər sənəd vermiş, test imtahanında 27 namizəd iştirak etmiş, 19 nəfər müvafiq keçid balını toplamışdır. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, 100 sual təqdim olunmuş, sualları cavablandırmaq üçün 3 saat vaxt verilmişdir. İxtisas sahəsi üzrə suallar 1 balla, məntiqi nəticə çıxarma qabiliyyətini yoxlayan suallar isə 0,5 balla qiymətləndirilmişdir.
Qanunvericiliyə uyğun olaraq test imtahanında müvafiq keçid balını (70 və daha çox) toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ ­qazanmışlar.
Onu da qeyd edək ki, prokurorluq orqanlarında işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticəyə dair arayış təqdim edilmişdir. Nəticələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.
Test imtahanında Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları müşahidəçi kimi iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR