06 İyun 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarının ixtisaslı kadrlarla komplekləşdirilməsi sahəsində tədbirlər davam etdirilir. 7 mart 2020-ci il tarixdə prokurorluq orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanı keçirilmişdir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən verilən məılumata görə, müsabiqəyə çıxarılmış 8 vakant vəzifənin tutulması üçün 28 nəfər sənəd təqdim etmişdir. Test imtahanında 27 namizəd iştirak etmiş, 19 nəfər müvafiq keçid balını toplamışdır. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün 3 saat vaxt verilmişdir. İxtisas sahəsi üzrə suallar 1 balla, məntiqi nəticə çıxarma qabiliyyətini yoxlayan suallar isə 0,5 balla qiymətləndirilmişdir. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun müraciətinə əsasən, namizədlərə ixtisas suallarının 50%-i asan (40 sual), 35%-i orta (28 sual) və 15%-i çətin (12 sual) səviyyədə təqdim olunmuşdur.

Qanunvericiliyə uyğun olaraq, test imtahanında müvafiq keçid balını (70 və daha çox) toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Onu da qeyd edək ki, prokurorluq orqanlarında işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Test imtahanında Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları müşahidəçi kimi iştirak etmişlər.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR