06 Aprel 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş dövlət pro­qramları və tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını 2020-ci ilin fevral ayında da diqqətdə saxlamışdır. Teleradionun əməkdaşları fevral ayında baş verən yeniliklərə operativ münasibət göstərməyi bacarmış, fəaliyyətlərini günün tələblərinə uyğun qurmuşlar. Şura muxtar respublikada fəaliyyət göstərən teleradiolarda texniki və yaradıcılıq baxımından keyfiyyətin yüksəldilməsinə xüsusi diqqət göstərməklə yanaşı, həm də teleradioların monitorinqini aparır.
Fevral ayı ərzində Naxçıvan Dövlət Televiziyasında və Radiosunda, “Naxçıvanın səsi” radiosunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən sosial obyektlərdən operativ materiallar hazırlanmışdır. Həmin materialların təhlili monitorinq nəticələrində qeyd olunmuşdur. Naxçıvan Dövlət Televiziyası “Niyə belə deyirik?!”, “Əkinçilər”, “Kim sevirsə idmanı”, “İş başında” yeni telelayihələri ilə tamaşaçıların qarşısına çıxmışdır.
Fevralın 17-də Televiziya və Radio Verilişləri Redaksiyasının yenidən qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə adıçəkilən media qurumu həmin fondun tabeliyinə verilmişdir. Bununla yanaşı, redaksiyanın nəzdindəki “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun efir vaxtı 8 saat, yəni hər gün 1600-dan gecə saat 1200-dək müəyyənləşdirilmişdir.
Fevralın 19-da AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən muxtar respublikada fəaliyyət göstərən teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində 2020-ci ildə aparılacaq monitorinqlərin layihəsi müzakirə edilmişdir.
Tədbirlər planına uyğun olaraq şura sosial şəbəkələrdə Naxçıvanla bağlı yayılan məlumatların təhlilini də aparmış, muxtar respublikanın zəngin tarixi-mədəni irsi və müasir inkişafı ilə bağlı video və fotomaterialların, eyni zamanda xəbərlərin yayılmasında yaxından iştirak etmişdir. Bəhs edilən dövrdə şura tərəfindən sosial şəbəkələrdə Naxçıvanla bağlı 500-dək foto və video, həmçinin xəbər paylaşılmışdır. Fevral ayında şuranın sosial şəbəkələrdə rəsmi səhifələri də fəaliyyətə başlamışdır.
Şura tərəfindən sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində Naxçıvan Muxtar Respublikasında əldə edilən nailiyyətlər, burada aparılan infrastruktur quruculuğu, diyarımızın qədim tarixi abidələri, zəngin turizm potensialı ilə bağlı mərkəzi mətbuat orqanlarında analitik materiallar, fotoreportaj və reportajlar, müsahibə və xəbər olmaqla, ümumilikdə, 174 material yerləşdirilmişdir. Həmçinin Türkiyənin “Yeşil İğdır” qəzeti, eləcə də igdir15temmuzgazetesi.com və serhatbirikim.com.tr xəbər portallarında şura tərəfindən “Naxçıvanlılara böyük müjdə “Dildə, fikirdə, əməldə birlik” sərlövhəli yazı yerləşdirilmişdir.
2020-ci ilin fevral ayında şura muxtar respublikada yayımlanan telekanalların fəaliyyətini izləmiş, təhlillər apararaq aidiyyəti üzrə məlumat vermişdir. Qeyd edək ki, fevral ayı ərzində Azərbaycan mediasında (AzTV, Mədəniyyət, İTV) muxtar respublikanın yaradılmasının 96-cı ildönümünə geniş yer verilmişdir. Bir sıra televiziya kanallarında qədim diyarın təhlükəsizliyində, ərazi bütövlüyünün qorunması və inkişafında muxtariyyətin oynadığı roldan ətraflı bəhs olunmuş, muxtar respublikanın keçdiyi böyük tarixi inkişaf yolu tamaşaçılara ətraflı şəkildə çatdırılmışdır. Fevral ayında muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında baş verən hadisələrə ölkə telekanallarının “Xəbərlər” pro­qramlarında da geniş (Lider TV, İTV) yer verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR