30 May 2020, Şənbə

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatında keçirilən şura iclasında 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticələri müzakirə olunub.

Məsələ ilə bağlı məruzə edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli bildirib ki, Naxçıvan şəhərində Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilər demokratik və şəffaf şəraitdə keçirilib. Təşkilat seçkilərdə öz işini Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun 2020-ci il parlament seçkilərinə hazırlıqla bağlı partiyanın rayon (şəhər) təşkilatları qarşısında mühüm vəzifələr, ölkə və muxtar respublika seçki qanunvericiliyi, eləcə də “9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçiriləcək növbədənkənar seçkilərə hazırlıq üzrə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Fəaliyyət Proqramı” əsasında qurub. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən partiya tərəfindən irəli sürülmüş namizəd Eldar İbrahimovun seçicilərlə iki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə Naxçıvan şəhərindən irəli sürülmüş 9 namizədin fərdi və kollektiv şəkildə seçicilərlə 3 görüşü keçirilib. Seçicilərin, xüsusən partiya üzvü olan seçicilərin seçkilərdə fəal iştirakının təmin olunması üçün məqsədəmüvafiq iş aparılıb, nəticədə, fevralın 9-da Naxçıvan şəhərində seçici fəallığı 71,9 faiz olub ki, bu da ölkə və muxtar respublika üzrə göstəricidən yuxarı, 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən sonra ikinci göstərici olub. Seçicilərin 84,9 faizi ölkə parlamentinə Yeni Azərbaycan Partiyasından olan namizədə səs verib ki, bu da ölkə üzrə üçüncü göstərici olub. Partiyanın Naxçıvan şəhərinin 9 seçki dairəsindən muxtar respublika Ali Məclisinə irəli sürülən Yeni Azərbaycan Partiyası namizədlərinin hamısı seçkilərdə inamlı qələbə qazanıblar. Seçicilərin 75,5 faizi və ya hər 4 seçicidən 3-ü partiya namizədlərinə səs verib.
Qeyd olunub ki, bütün seçki kampaniyası dövründə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı partiya namizədləri və üzvlərinin seçkilərdə iştirakını əlaqələndirib, mütəşəkkilliyin təmin olunmasına çalışıb. Nəticədə, qanundan və partiya prinsiplərindən kənar hərəkətlər müşahidə olunmayıb. Beləliklə, partiya bütün ölkə­də və muxtar respublikada olduğu kimi, Naxçıvan şəhərində də əvvəlki nüfuzunu və seçki uğurlarını qoruyub saxlayıb. Bu, Naxçıvan şəhəri əhalisinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş konseptual müstəqil dövlətçilik siyasətinin məhz ölkə başçısı cənab İlham Əliyev, Naxçıvan Muxtar Respublikasında isə Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən davam etdirilməsinə göstərdiyi etimadın nəticəsi kimi qiymətləndirilməlidir.
Sonra məruzə ətrafında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura üzvləri Hacı­fəxrəddin Səfərli, Yazgül Rzayeva, Aidə Allahverdiyeva, Ramil Orucəliyev və Ülviyyə Həmzəyeva çıxış ediblər.


- Səbuhi HƏSƏNOV

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR