06 Aprel 2020, Bazar ertəsi

Naxçıvan Dövlət Texniki Kollecində “Fövqəladə hallar zamanı müəllim-tələbə heyətinin fəaliyyətinin təşkili” mövzusunda əməli tədbir keçirilib.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirin nəzəri hissəsində çıxış edən Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov əməli tədbirin əhəmiyyətini qeyd edib. Bildirib ki, fövqəladə hadisələrin qarşısının alınması fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılması, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin miqyasının azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir. Hər il 1 mart tarixinin Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunmasında əsas məqsəd də mülki müdafiənin əhəmiyyətini diqqətə çatdırmaqdır.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə nazirliyin rolu və vəzifələrindən danışıb, mülki müdafiə işinin səviyyəsinin yüksəldilməsindən, peşəkar kadrların yetişdirilməsindən bəhs edib.

Qeyd edilib ki, Naxçıvan Dövlət Texniki Kollecində müəllim və tələbə heyəti ilə mütəmadi olaraq görüşlər keçirilir və “Fövqəladə hallar zamanı müəllim-tələbə heyətinin fəaliyyətinin təşkili” mövzusunda keçirilən əməli tədbir də buna bariz nümunədir. Vurğulanıb ki, hər il kollecdə müxtəlif ixtisaslar üzrə kadrlar yetişdirilir və bu gənclər öz sahəsi ilə yanaşı mülki müdafiə sahəsini də dərindən öyrənməli, nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərə yiyələnməlidirlər. Nəticə etibarilə gələcəyimizin etibarlı təmini üçün tələbələr mülki müdafiə sahəsində düzgün istiqamətləndirilməli, fəlakət anında özünə və başqalarına yardım göstərməyi bacarmalıdır. Hər bir gənc bilməlidir ki, qəza və fəlakətlərin aradan qaldırılması onların da düzgün davranışı və qabaqlayıcı tədbirlər görməsindən asılıdır.

İlk növbədə, tələbələr arasında intellektual bilik yarışması keçirilib. 6 komanda mülki müdafiə sahəsində qalibiyyət uğrunda yarışıb, təyin edilmiş münsiflər tələbələrin nəzəri biliklərinə qiymət verərək qalibləri müəyyənləşdiriblər.

Tədbirin praktik hissəsində tələbələr əvvəlcə radioaktiv zəhərlənmə şəraitində sadə mühafizə vasitəsi olan pambıqlı tənzif sarğılardan istifadə etməklə özünü necə qorumağın yollarını və sığınacaqda yerləşməklə davranış qaydalarını nümayiş etdiriblər. Sanitarlar şərti zəlzələ ocağından daxil olan zədələnmişlərə, eləcə də kimyəvi, bioloji zəhərlənmə ocağından xilas edilən şəxslərə əlaltı vasitələrdən istifadə etməklə ilk tibbi yardımın göstərilməsinin müxtəlif üsullarını təqdim ediblər.

Yekun hissədə intellektual bilik yarışmasının qalib komandaları, əməli tədbirlərin keçirilməsində fərqlənənlər diplom və fəxri fərmanlarla təltif olunublar.

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR