02 Aprel 2020, Cümə axşamı

Naxçıvanda poçt rabitəsi xidmətinin səviyyəsi yüksəldilir və maddi-texniki bazasının gücləndirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika sakinləri mütərəqqi poçt rabitəsi xidmətləri  ilə təmin olunub .

“Naxçıvanpoçt”-un mətbuat xidmətindən  verilən məlumata görə, muxtar respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik  olmaqla, əhalinin bütün qruplarına, eləcədə hüquqi şəxslərə münasib qiymətlərlə poçt xidmətləri göstərilir. Poçt bölmələrinin fəaliyyəti üçün rayon mərkəzlərində və yeni inşa edilmiş kənd xidmət mərkəzlərində bütün şərait yaradılıb, poçt göndərişlərinin ünvan sahiblərinə operativ çatdırılması üçün poçt şöbələri nəqliyyat vasitələri ilə təmin edilib. Muxtar respublika üzrə “Naxçıvanpoçt” publik hüquqi şəxsinin Aparatının Poçt şöbəsi, 7 rayon filialı və 175 poçt bölməsi fəaliyyət göstərir ki, onların da zəruri avadanlıqlarla  təchizatı göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına təminat verib.

 “Naxçıvanpoçt” publik hüquqi şəxsinin müvafiq şəbəkəsinə qoşulması təmin edilibdir. Poçt məntəqələrində istehlakçılardan istifadə etdikləri elektrik, qaz, su sərfiyyatı haqlarının yığılması və sayğacların smart kartlarının balansının artırılması, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunənin və danışıq haqlarının, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərindən məcburi dövlət sosial sığorta haqlarının, partiyaların, ictimai təşkilatların və ictimai birliklərin üzvlük haqlarının ödənişləri və s. həyata keçirilir. Bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən kənd yerlərində yaşayan əmək pensiyaçılarına pensiyalarının  poçt bölmələri vasitəsilə çatdırılması təmin olunur.

Hökumət Ödəniş Portalı vasitəsilə  isə Azərbaycan Respublikası üzrə bank, maliyyə, vergi və sair kimi bir sıra  qurumların   ödənişlərinin qəbulu da poçt məntəqələrində həyata keçirilir. Məntəqələrdə nağdsız ödənişlərin  təşkili üçün 179 POS-terminal aparatı  qoyulub.

Həmçinin, Naxçıvanda beynəlxalq poçtdaşımaların həyata keçirilməsi üçün “Express Mail Servis” və “DHL” beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir. Bu da  poçt göndərişlərinin  ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Muxtar respublikada  onlayn ticarətin inkişafı  poçt rabitəsi xidmətləri üzrə daşımaların həcminin artmasına da təsir göstəribdir.  

 

 

 

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR