31 Mart 2020, Çərşənbə axşamı

Tula Dövlət Silah Muzeyində olan Azərbaycan xəritəsindəki xətalar aradan qaldırılıb.

 

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər ki, KİV-lərdə Rusiya Federasiyasının Tula Dövlət Silah Muzeyində Azərbaycan Respublikasının təhrif edilmiş xəritəsinin olması ilə bağlı məlumat yayılmışdı. Səfirliyin məsələyə müdaxiləsindən və muzey rəhbərliyinə ölkəmizin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyinin izah edilməsindən dərhal sonra qarşı tərəf buraxılmış səhvi operativ şəkildə aradan qaldırıb və bu barədə səfirliyə məlumat verib.

 

 

 

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR