05 İyun 2020, Cümə

Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Televiziya və Radio Verilişləri Redaksiyasının fəaliyyətinin yenidən təşkil olunması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Ülvi ­Hüseynli çıxış edərək bildirib ki, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə kütləvi informasiya vasitələri hərtərəfli maddi-texniki baza ilə təchiz olunub, onların fəaliyyəti üçün lazımi iş şəraiti yaradılıb. Bu sahədə həyata keçirilən tədbirlərdən biri də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıdır. Televiziya və Radio Verilişləri Redaksiyasının yenidən qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə adıçəkilən media qurumu həmin fondun tabeliyinə verilib. Bununla yanaşı, redaksiyanın nəzdindəki “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun efir vaxtı 8 saat, yəni hər gün 1600-dan gecə saat 1200-dək müəyyənləşdirilib.
Ülvi Hüseynli Televiziya və Radio Verilişləri Redaksiyasının yeni baş redaktoru Ramal Məmişovu kollektivə təqdim edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri Rauf Əliyev, Mehriban Sultanova və Səməd Canbaxşıyev çıxış edərək muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına göstərilən dövlət qayğısından danışıblar. Qeyd olunub ki, fondun Televiziya və Radio Verilişləri Redaksiyasının yenidən təşkil olunması muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafında yeni mərhələnin əsasını təşkil edəcək.
Ramal Məmişov göstərilən yüksək etimada görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, fəaliyyətlərini verilən tapşırıqların icrası istiqamətində quracaqlarına söz verib.

“Şərq qapısı”

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR