07 Aprel 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqi məqsədilə təlim keçirilib. Təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların bu sahə üzrə çalışan mütəxəssisləri və iştirak üçün qeydiyyatdan keçmiş şəxslər olmaqla, ümumilikdə, 24 nəfər iştirak edib.

Təlimi ekspert qismində nazirliyin Ümumi işlər və kadrlar şöbəsinin müdiri Tural Əliyev keçib. Azərbaycan Respublikasının əmək qanunvericiliyi, “Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddələri, əmək müqaviləsi, məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri, kadrlara dair tələblərin müəyyənləşdirilməsi, kargüzarlığın aparılması və təkmilləşdirilməsi ilə bağlı mövzular müzakirə olunub.
Sonra iştirakçılara mövzuları əhatə edən test tapşırıqları verilib və müvafiq qiymətləndirmə aparılıb. Nəticəyə uyğun olaraq müvəffəqiyyət qazananlara “Əmək münasibətlərinin praktik uçotu” kitabı və Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR