09 Aprel 2020, Cümə axşamı

İranın “Tabnak news” agentliyində Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri haqqında xəbər dərc edilib.

Materialda parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyi bildirilib. Qeyd olunub ki, səsvermədə seçici fəallığı müşahidə edilib. Parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb.

 Diqqətə çatdırılıb ki, səsvermə prosesini izləyən beynəlxalq müşahidəçilər seçkilərin qanun pozuntusu olmadan həyata keçirildiyini bildiriblər.

İranın İRNA, “Mehr news”, İSNA və digər saytlarında da Azərbaycanda keçirilən parlament seçkilərinə yer ayrılıb. Materiallarda qeyd olunur ki, Prezident İlham Əliyev ölkəsində geniş islahatlar həyata keçirir. İqtisadi islahatlarla yanaşa, siyasi islahatlar çərçivəsində ümumxalq səsverməsi ilə yeni parlament formalaşdırılır.

“İrib news” saytı və “Sədai səma” televiziya kanalı seçkilər haqqında videoxəbər yayımlayıblar.

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR