09 Aprel 2020, Cümə axşamı

Fevralın 7-də Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tədbiri açaraq Naxçıvanın muxtariyyətinin böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxdığını, gərgin, çətin, eyni zamanda şərəfli bir yol keçdiyini bildirib.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin bu müdrik fikirləri bütün dövrlər üçün ciddi aktuallıq kəsb edir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab ­İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub.
Bildirilib ki, ötən dövr ərzində ­ölkəmizdə muxtariyyətin möhkəm siyasi və hüquqi bazası formalaşıb, eyni zamanda Naxçıvan böyük bir inkişaf yolu keçib. Naxçıvanın muxtariyyət statusu bu bölgənin taleyində, onun ərazisinin qorunub saxlanmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malikdir.
Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, 1995-ci ildən etibarən Naxçıvanda həyata keçirilən hərtərəfli quruculuq siyasəti ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasına əsaslanıb. Naxçıvan Muxtar Respublikası həm sosial-iqtisadi inkişaf, həm də muxtar dövlət quruculuğu baxımından regionun və dünyanın analoji siyasi sistemlərinə nümunədir, inkişafın Naxçıvan modeli artıq müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Ötən 96 il ərzində bu qədim diyarın ­sosial-iqtisadi sahədə böyük inkişafa nail olması, əhalinin həyat şəraitinin və güzəranının əhəmiyyətli dərəcədə yaxşılaşması, inkişafın əhali artımına və məskunlaşmaya da öz təsirini göstərməsi bu günədək qazanılan mühüm uğurlardandır.
Tədbir şair-dramaturq İftixar Piriyevin Naxçıvan Muxtar Respublikasının 96 illiyi münasibətilə ərsəyə gətirdiyi “Nurlu Naxçıvan” poeması əsasında müəllifin hazırladığı eyni­adlı bədii sənədli filmin nümayişi ilə davam etdirilib.

Azərtac

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR