10 Aprel 2020, Cümə

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş dövlət proqramları və tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını 2020-ci ilin yanvar ayında da diqqətdə saxlamışdır.
Yanvar ayında Naxçıvan Dövlət Televiziyasında və Radiosunda, “Naxçıvanın səsi” radiosunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən sosial obyektlərdən operativ materiallar hazır­lanmışdır. Həmin materialların təhlili monitorinq nəticələrində qeyd olunmuşdur.

Şura mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətini təhlil etmiş, muxtar respublikanın kütləvi informasiya vasitələrilə həmin mətbuat xidmətlərinin qarşılıqlı əməkdaşlığına dair hesabatlar hazırlamışdır.
Ötən ay Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən muxtar respublikada fəaliyyət göstərən teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində 2020-ci ilin fevral-mart aylarında aparılacaq monitorinq­lərin layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Şura muxtar respublikada fəaliyyət göstərən teleradiolarda texniki və yaradıcılıq baxımından keyfiyyətin yüksəldilməsinə xüsusi diqqət göstərməklə yanaşı, həm də teleradioların monitorinqini aparır. Yanvar ayının 13-də Naxçıvan Dövlət Tele­viziya və Radiosunda, yanvar ayının 31-də isə “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunda yaradıcılıq müzakirələri təşkil edilib.
Şurada “Radioməhsulların istehsalı, işlənməsi, qorunması, istifadə olunan texniki vasitələrə qoyulan tələblərlə bağlı Qaydalar” müzakirə edilmiş, həmin qaydalara texniki sahə üzrə mütəxəssislər tərəfindən baxılması və rəy bildirilməsi məqsədəuyğun hesab edilmişdir.
Tədbirlər planına uyğun olaraq şura sosial şəbəkələrdə Naxçıvanla bağlı yayılan məlumatların təhlilini də aparmış, muxtar respublikanın zəngin tarixi-mədəni irsi və müasir inkişafı ilə bağlı video və fotomaterialların, eyni zamanda xəbərlərin yayılmasında yaxından iştirak etmişdir. Bəhs edilən dövrdə şura sosial şəbəkələrdə Naxçıvanla bağlı 400-dək foto və video, həmçinin xəbər paylaşmışdır.
Şura tərəfindən həmin dövrdə sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində Naxçıvan Muxtar Respublikasında əldə edilən nailiyyətlər, burada aparılan infra­struktur quruculuğu, diyarımızın qədim tarixi abidələri, zəngin turizm potensialı ilə bağlı mərkəzi mətbuat orqanlarında 3 analitik, 13 reportaj yerləşdirilmişdir. Həmçinin Türkiyə və Şimali Kipr respublikalarının 6 qəzet və saytında Naxçıvan Muxtar Respublikasının tarixi, inkişafı və turizm potensialına həsr olunmuş məqalələr yayımlanmışdır.

Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR